Milyarderin qızı ilk titulunu qazandı
27 Baxış
Hobartda keçirilən WTA 250 turnirində final görüşü baş tutub.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, titul uğrunda mübarizədə 22 yaşlı amerikalı Emma Navarro təcrübəli belçikalı Elise Mertensi məğlub edərək karyerasının ilk titulunu qazanıb. Dünya reytinqinin yeni buraxılışında Navarro ilk 30-luqda debüt edəcək.
Qeyd edək ki, Emma Navarro Çarlstondakı turnirin sahibi milyarder Ben Navarronun qızıdır.
Bu, Mertensin 13-cü WTA finalı və beşinci məğlubiyyəti olub.
Final
Emma Navarro (ABŞ) – Elise Mertens (Belçika) – 6:1, 4:6, 7:5