Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” braziliyalı hücumçu alır?

26 Baxış

“Qarabağ” klubu braziliyalı futbolçu Derik Laserda ilə maraqlanır.

Offsideplus.az-ın məlumatına görə, Ağdam təmsilçisi 24 yaşlı futbolçunu heyətinə qatmağı düşünür. Mərkəz hücumçusu mövqeyində çıxış edən Derikin 1,91 m boyu var.

Qeyd edək ki, Laserda İspaniyanın II Liqasında mübarizə aparan “Ponferradina” klubunda çıxış edir. Onun indiki klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

“Qarabağ”ın oyunçusu Mateus Silva instaqramda Derik Laserdanı izləyir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678