Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ”ın qapıçısı: Hər şey o qədər iyrənc idi ki…

25 Baxış

Əziyyətimin hədər getməməsi məni sevindirir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Matç TV”yə açıqlamasında “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Ağdam təmsilçisinin rusiyalı qolkiperi 2023-cü ilin onun üçün çox pis başladığını bildirib:

“İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim”.

32 yaşlı qolkiper öz çıxışını dəyərləndirib:

“Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə “4+” qiymətini verərdim”.

Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: “Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəm. Əsas odur ki, zədə olmasın”.

Qeyd edək ki, “Qarabağ” Andrey Lunyovu 2023-cü ilin avqustunda Almaniyanın “Bayer 04” klubundan 1 illik icarəyə götürüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678