Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Formula-1 tarixinin ən nüfuzlu pilotları açıqlandı

24 Baxış

Mixael Şumaxer və Fernando Alonso Formula-1 tarixinin ən nüfuzlu pilotları seçiliblər.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, araşdırma “Formula-1 dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb.

Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, Formula-1-in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Reno”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.

Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678