Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AFFA iki yarışı ayırır: Bölgə klublarının qarşısına qoyulan tələb yumşaldılacaq

55 Baxış

Növbəti mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları I Divizionda mübarizə aparmayacaqlar.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, çoxdandır müzakirəsi gedən proses yekun qərar mərhələsindədir. Qurumun İcraiyyə Komitəsinin martın 7-də keçiriləcək iclasında məsələ müzakirəyə çıxarılacaq. Əldə etdiyimiz məlumata görə, yekunda yarışların ayrılması qərarı veriləcək.

Bununla başqa bir tələbə də yenidən baxılması zərurəti yaranıb. Məsələ ondadır ki, hazırda I Divizionun 14 komandasından doqquzu elita təmsilçilərinin əvəzedicisidir. Onlar ayrıldıqdan sonra cəmi beş klub qalacaq ki, belə də yarışı keçirmək mümkün olmayacaq. Boşluq Region Liqası komandalarının I Diviziona buraxılması ilə doldurulmalıdır. Burada isə başqa problem var: federasiya səviyyəcə ikinci turnirdə çıxış etmək üçün Region Liqasında üç illik iştirak tələbi qoyub. Orada isə demək olar ki, bunu qarşılayacaq klub yoxdur. I Divizion iştirakçılarının normal saya çatdırılması üçün sözügedən tələbin yumşaldılacağı gözlənilir.

Hər iki məsələ İK-nın növbəti iclasında müzakirə ediləcək və yekun qərar bundan sonra bəlli olacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678