Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurban Qurbanov: ““Məndən bilet istəsələr…”

58 Baxış

“Yox, mən hələ ki bilet üçün müraciət edən olmayıb”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə oyunu barədə danışarkən deyib.

O, heç bir şəxsə dostluq görüşü üçün bilet hədiyyə etməyəcəyini bildirib: “Bu vaxta qədər bəzi dostlara, tanışlara bilet verirdim. Amma özləri də bilir ki, bu oyun üçün müraciət etsələr belə, yox deyəcəyəm. Çünki bu matçın keçirilməsinin məqsədi hamıya bəllidir. Hamımız bacardığımız qədər yardım kampaniyasının iştirakçısı olmalıyıq. Oradakı insanların həqiqətən də yardıma çox böyük ehtiyacları var. Türkiyə bizim üçün qardaş ölkədir. Ora gedərkən özümüzü həmişə evimizdəki kimi hiss edirik”.

Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678