Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan ağır atletləri İrəvana gedirlər

53 Baxış

Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləcək turnirə qatılacaq.

Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində baş tutacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678