Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən bahalı futbol brendi məlum olub

47 Baxış

“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini açıqlayıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, siyahı təşkilatın saytında dərc olunub.

“Mançester Siti” dünyanın ən bahalı brendi olub. Onun brend dəyəri il ərzində 13 faiz artaraq 1,51 milyard avroya çatıb. İkinci yerdə brend dəyəri 1,46 milyard avro olan “Real Madrid” qərarlaşıb.

Reytinqdə sonrakı yerləri “Barselona” (1,37 milyard), “Mançester Yunayted” və “Liverpul” (hər biri 1,36 milyard), PSJ (1,13 milyard), “Bavariya” (1,1 milyard), həmçinin Londonun “Arsenal”ı (0,91 milyard), “Tottenhem” (0,9 milyard) və “Çelsi” (0,86 milyard) tutur.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olub. Klub ardıcıl 3-cü, tarixində isə 9-cu dəfə ölkə çempionu olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678