Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Türkiyə Super Kuboku oyunu Bakıda keçirilə bilər” – “Qalatasaray”ın prezidentindən AÇIQLAMA

32 Baxış

“Qalatasaray”ın prezidenti Dursun Özbek Türkiyə Super Kubokunun Bakıda keçirilmə ehtimalına münasibət bildirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistin sualını cavablandırıb:

“Çox yaxşı olar. Bakıya gedəndə gördüyümüz münasibət Türkiyədən fərqli deyil. Azərbaycandakı qardaşlarımızı da məmnun etmiş olarıq . Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Bunun üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyə Super Kuboku oyununun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır. “Qalatasaray” həlledici matçda “Fənərbaxça” ilə qarşılaşacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678