Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

36 Baxış

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Ağdam klubu bu raundda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Norveç “Molde”sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi “köhlən atlar”a rəqib olub. İlk qarşılaşmada HİK qələbə qazanmışdı – 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa “Rakuv”u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb – 1:1.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678