Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

PSJ-nin sahibi Mbappenin kluba xəyanət etdiyini dedi

35 Baxış

PSJ-nin sahibi Nassir Əl-Xəlaifi fransalı hücumçu Kilian Mbappeni əsas komandaya qaytarmaqdan imtina edib.

Turanmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbə qeyd edib ki, Paris klubunun rəhbəri futbolçunun yeni müqavilə imzalamaqdan imtina edərək PSJ-yə xəyanət etdiyinə əmindir və buna görə onu bağışlamaq niyyətində deyil.

Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir. Hücumçu PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina edib.

“L’Equipe” xəbər verir ki, “Real Madrid” Mbappe PSJ-dən ayrılmaq niyyətini açıqlayanda ona təklif verəcək.

İyulun 24-də “Relovo” klubların artıq transfer barədə razılığa gəlməsinə baxmayaraq, Mbappenin PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına keçməkdən imtina etdiyini bildirmişdi. Hücumçu “Real Madrid” ilə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678