Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İdman Azərbaycan” telekanalı “Qarabağ”ın oyununu yayımlaya bilmədi

31 Baxış

Avropa Liqasının pley-off mərhələsində keçirilən “Olimpiya” – “Qarabağ” oyununun Azərbaycanda yayımlanmasında problem yaranıb.

Turanmedia.az  Tns-ə istinadən xəbər verir ki, “İdman TV” Sloveniyadakı qarşılaşmanın canlı yayımlanacağını açıqlasa da, matç göstərilmir.

“Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik”, – “İdman TV”dən bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678