Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qələbədən sonra Qurbanovdan ilk AÇIQLAMA

36 Baxış

“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu il qrup mərhələsinə vəsiqə qazanmağımız çox vacib idi. Çox şükür ki, ardıcıl 10-cu ildə də qrup mərhələsinə yüksəldik. Problemlərimiz olsa da, ayaq üstə dura bildik. Bütün oyunlar gərgin keçdi. Futbolçularım bu uğuru haqq etdi. Əlbəttə ki, sevincliyəm. Bir neçə gün istirahət etmək lazım olacaq”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiya” ilə oyundan sonra deyib.

“Bu qədər azarkeş qarşısında həyəcan var idi ki, birdən oyunu itirə bilərdik. Rəqibin gücünü bilirdik, komandamda da yorğunluq var idi. Ümumən biz müdifiəyə bu qədər diqqət ayırmamışdıq. Komandam bunu birlikdə bacardı. Transferlərə gəlincə, son günə qədər danışıqları aparacağıq. Bir-iki futbolçu heyətə qatmaq istəyirik”, – Qurbanov bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678