Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ruslarla belarusları Asiya oyunlarına da buraxmadılar

61 Baxış

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının 2023-cü ildə keçiriləcək Asiya Oyunlarına buraxılmamasını izah edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“2022-ci ilin dekabrında keçiriləcək Olimpiya sammitində müzakirə edilən Rusiya və Belarus pasportlarına malik idmançıların 2023-cü il Asiya Oyunlarında iştirak konsepsiyası tədqiq edilib, lakin texniki səbəblərə görə qeyri-mümkün olub”, – BOK bildirib.

Sentyabrın 1-də “The Indian Express” nəşri yazıb ki, Asiya Olimpiya Şurasının Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün Rusiya və Belarusdan 500 idmançını qəbul etməyə hazır olmasına baxmayaraq, BOK rusiyalı idmançıları Asiya Oyunlarına buraxmaqdan imtina edib.

Turnir sentyabrın 23-də başlayacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678