Cüdo üzrə Avropa çempionatına 15 idmançımız qatılacaq

5 Baxış

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Turanmedia.az Tns-ə istinadən Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, gənc cüdoçular Avropa çempionatına yola düşüblər.

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.