Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bilirik ki, Azərbaycan Avropanın güclülərindən deyil – Ammuta

29 Baxış

Azərbaycan yaxşı futbol oynayan komandalardan biridir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

“Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız var. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından biri deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik”, – Ammuta bildirib.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – İordaniya qarşılaşması saat 20:00-da start götürəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678