Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ronaldu bu klubu məhkəməyə verib

33 Baxış

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu “Yuventus”u məhkəməyə verib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.

Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulmuşdu.

İndi Ronaldu ona çatacaq 19 milyon 900 min avro məbləği tələb edir.

Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib.

Komandada o, iki dəfə İtaliya çempionu və ölkə kubokunun qalibi olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678