Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır

28 Baxış

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, güləşçilərimizdən Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar. 63 kiloqram çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibinin kim olacağı bilinmir.

Digər güləşçilər isə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kiloqram) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kiloqram) isə təsnifat mərhələsində Viorel Burduya (Rumıniya) ilə mübarizə aparacaq.

Qeyd edək ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) və Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olublar. Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678