Güləşçilərimiz üç bürünc qazandı
7 Baxış

Rusiyanın Nefteyuqansk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Rəşid Babazadə (65 kiloqram) və Şamil Zubairov (97 kiloqram) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil olunub. Məhəmməd Şükürzadə (60 kiloqram) vətənə bürünc medalla qayıdıb.