Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə də olsa, Olimpiada keçiriləcək – Bax

32 Baxış

Beynəlxalq Olimpiya Komitəsi artan hərbi münaqişələrə görə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarını ləğv etməyi düşünmür.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax deyib.

“Çox güclü geosiyasi gərginlik var, amma Parisdəki Olimpiya oyunlarını qurban verəcəyimizi söyləmək tamamilə yanlış yanaşma olardı. Hökumətlər və ölkələr arasında çoxlu müharibələrimiz olub, lakin idmançılar həmişə oyunlarda iştirak ediblər. Bu, Olimpiya missiyasına uyğundur. Dünya müharibəsinin olub-olmayacağını bilmirəm, amma Beynəlxalq Olimpiya Komitəsi idmanın əsas ideyasına xəyanət edə bilməz”, – Bax bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678