Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurban Qurbanov haqqında film çəkildi – VİDEO

25 Baxış

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Q.Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi yaxın günlərdə izləyicilərə təqdim ediləcək.

“Məşhur futbolçu, hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub. Filmdə Q.Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq” – deyə məlumatda bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678