Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Neftçi”ni çox yaxşı səviyyəyə qaldıra bilər, onun olduğu yerlərdə qalmaqallar yaşanmır”

24 Baxış

Miodraq Bojoviçin “Neftçi”yə təyinatı birmənalı qarşılanmayıb.

Təcrübəli mütəxəssisin ölkəmizdə uğurlu olacağına inanlar da var, buna əks arqument gətirənlər də.

Bojoviçin məşqçilik karyerasının böyük hissəsi Rusiya ilə bağlıdır. Bunu nəzərə alaraq, rusiyalı futbol agenti İmran Rzayevdən monteneqrolu məşqçinin təyinatına münasibət öyrəndik.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sportal.az-a açıqlama verən İmran bəy Bojoviçin “Neftçi”yə xeyir verəcəyini düşünür:

“Miodraq Bojoviç yüksək səviyyəli mütəxəssisdir. Onun olduğu yerlərdə demək olar ki, qalmaqallar yaşanmır, həmişə komandanı pozitiv əhval-ruhiyyədə saxlaya bilir, futbolçularla daim ünsiyyətdə olur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678