Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Messi ilə bağlı qərar verildi

29 Baxış

Argentina Futbol Fedrasiyası karyerasını bitirdikdən sonra Lionel Messinin 10 nömrəli idman köynəyini istifadədən çıxaracaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Fedrasiyasıının prezidenti Klaudio Tapia bildirib.

“Messi milli komandadan gedəndən sonra başqa heç kimə 10 nömrəli formanı geyinməyə icazə verməyəcəyik. Bu nömrə onun şərəfinə ömürlük istifadədən çıxarılacaq. Bu, onun üçün edə biləcəyimiz ən kiçik işdir”, – deyə Tapia bəyan edib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Ümumilikdə, futbolçu Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. Messi həmçinin Amerika Kubokunun qalibi (2021) və Olimpiya çempionudur (2006).

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678