Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə Superkuboku Bakıda keçirilsin: Azarkeşlər aksiyaya başladı

24 Baxış

Məlum olduğu kimi, Türkiyə Superkuboku çərçivəsində “Qalatasaray” – “Fənərbağça” matçı Səudiuyyə Ərəbistanında keçirilməli idi. Ancaq bu ölkənin siyasi tələbləri əsasında görüş baş tutmayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində oyunla bağlı kampaniya başladılıb. Fanatlar görüşün Bakıda keçirilməsiylə bağlı paylaşımlar etməyə başlayıblar. Türkiyə klublarının həssas tələblərinin yalnız Bakıda yerinə yetiriləcəyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl bu matçın Azərbaycanda keçirilmə ehtimalı olsa da, Türkiyə Futbol Federasiyası görüşdən yaxşı vəsait əldə etmək üçün Səudiyyə Ərəbistanıyla anlaşmışdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678