Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millimizin sabiq üzvü Türkiyə klubuna keçdi

126 Baxış

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkovanın yeni klubu müəyyənləşib.

Turanmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Türkiyənin “Muratpaşa Belediyespor” klubuna transfer olunub.

Qeyd edək ki, millimizin Ukrayna əsilli sabiq üzvü vaxtilə Bakının “Lokomotiv”, “Azərreyl” və “Azəryol” kimi klublarında çıxış edib. O, Türkiyədə “Nilüfer Belediyespor” və “Sarıyer Belediyesi” klublarının da şərəfini qoruyub. 32 yaşlı Katerina, son olaraq İtaliya liqasında çıxış edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678