Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Messi Peleni geridə qoydu

125 Baxış

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, argentinalı hücumçu buna Belçika “Brügge”sinə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubl etməklə nail olub.

34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.

Qeyd edək ki, Lionel Messi “Brügge” ilə matçın 38-ci və 76-cı dəqiqələrində fərqlənib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678