Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Portuqaliyalı hakim ilə bağlı “Qarabağ”a XƏBƏRDARLIQ

96 Baxış

“Qarabağ” bura kimi çox yaxşı gəlib”.

Turanmedia.az “Report”a istinadən xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində “Qarabağ”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda qeydə alınmış qolsuz heç-heçə yaxşı nəticədir: “Yeni qaydalara görə, səfər qolu ləğv olunub. Azərbaycan çempionunun şansının yüksək olduğunu düşünürəm”.

Şimşek cavab görüşünün baş hakimi Artur Diaşla şəxsi tanışlığının olduğunu söyləyib. Onun sözlərinə görə, portuqaliyalı referi təcrübəli olduğu qədər, həm də aqressivdir: “Ümumiyyətlə, İspaniya və Portuqaliyadan olan hakimlər çox asanlıqla sarı vərəqə göstərir. “Qarabağ” bu mənada diqqətli olmalıdır. Düzdür, oynamağa imkan yaradır, amma sərt oyuna və etiraza dərhal reaksiya verir. İstənilən halda, “Qarabağ” hakimliklə bağlı ürəyini buz kimi saxlamalıdır”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678