Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə seçki qutularının 98 faizi açılıb – Ərdoğan liderdir

50 Baxış

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Məlumata görə, seçki qutularının 97.73 faizi açılıb.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.15 faiz səs qazanıb. “Millət” İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47.85 faiz səs toplayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678