Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetində (MDU) GEOLAB Laboratoriyasının açılışı həyata keçirilib

31 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) GEOLAB Laboratoriyasının açılışı həyata keçirilib.

Laboratoriya MDU-nun tərəfdaşı olduğu “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar – GEOCLIC” mövzusunda Erasmus+ layihəsi çərçivəsində hazırlanıb.

Laboratoriya 20 adda müasir cihaz və avadanlıqla təchiz olunub.
Açılış mərasimində müəllim və tələbə heyəti üzvləri Laboratoriyanın imkanlarını real nümunələrdə təqdim etdilər.
Laboratoriya Universitetdə “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Energetika müəhəndisliyi” və digər mühəndislik ixtisasları üzrə tədrisin məzmununun
təkmilləşdirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
Universitetin rektoru Şahin Bayramov akademik heyət üzvlərini, tələbə, magistrant və doktorantları təbrik edib, onları Laboratoriyanın təqdim etdiyi imkanlardan faydalanmağa səsləyib.
Açılışda iştirak edən “Azərbaycan İES” MMC, “Mingəçevir SES” MMC, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir şəhər Bələdiyyəsi və digər qurumların rəhbərlərinə və mütəxəssislərinə təşəkkür edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678