Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2020-ci ildə Azərbaycanın iştirak etdiyi sərgilərin nəticələri barədə məlumat verildi

144 Baxış

2020-ci ildə 65 tədbirimiz və ikitərəfli görüşümüz baş tutub ki, ikitərəfli görüşlərin 7-si Azərbaycanda, 9-u xaricdə olub. Onların 49-u isə onlayn formatda keçirilib.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev onlayn mətbuat konfransında deyib.

O bildirib ki, iştirak edilən sərgilərin nəticəsi olaraq imzalanmış müqavilələrin dəyəri 14 milyon 882 min manat təşkil edib. İmzalanmış müqavilələr sayəsində həyata keçirilmiş ixracın dəyəri isə 10 milyon 343,3 min manat olub.

O qeyd edib ki, ümumilikdə 33 beynəlxalq sərgidə iştirak təmin edilib və 33 ixrac missiyası həyata keçirilib.

2020-ci ildə ixrac təşviqinin ödənilməsi ilə məhsulların ixrac olunduğu ölkələri ABŞ, Kanada, Çexiya, Danimarka, Almaniya, BƏƏ, Belarus, Gürcüstan, Malayziya, Rusiya, Çin, Moldova, Polşa, Latviya, Litva, Avstraliya, Özbəkistan, Qırğızıstan, Slovakiya, Qazaxıstan, Fransa, İtaliya Ukrayna, Yaponiya və Estoniya təşkil edib. 

2020-ci ildə ödənilən ixrac təşviqinin məbləği 9,6 milyon manat olub. 2016-cı il 1 mart tarixindən 2020-ci ilin sonuna qədər isə ödənilən ixrac təşviqinin məbləği 27 milyon manat təşkil edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678