Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiya varlığından belə xəbəri olmayan 7000 ada tapdı

85 Baxış

Yaponiyada indiyədək mövcudluğu haqqında heç bir məlumatın olmadığı 7000 ada tapılıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yaponiyanın Geoməkan İnformasiya İdarəsi (GSI) tərəfindən aparılan rəqəmsal xəritələmə bu yaxınlarda ölkədə 14 125 ada olduğunu göstərib. Bu, Yaponiya Sahil Mühafizəsinin 1987-ci ildən bəri rəsmi olaraq istifadə etdiyi hesabatındakı 6852 rəqəmindən iki dəfə çoxdur.

CSI-nin məlumatına görə, yeni rəqəm geodeziya texnologiyasındakı irəliləyişləri və onu hesablamaq üçün istifadə edilən xəritələrin dəqiqləşdirilməsini əks etdirir və bu, Yaponiyanın sahib olduğu ümumi torpaq sahəsini dəyişməyib.

Xatırladaq ki, Yaponiyanı əhatə edən adalar bir neçə ərazi mübahisəsinin mərkəzində olub.

Xüsusən də Yaponiya Rusiya tərəfindən işğal olunmuş, Tokionun şimal əraziləri adlandırdığı Cənubi Kuril adalarına iddia edir. Mübahisə İkinci Dünya Müharibəsinin sonunda Sovet qoşunlarının Yaponiyadan bu əraziləri ələ keçirməsi ilə başlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678