Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2023-cü ilin ən varlı adamlarının SİYAHISI

65 Baxış

ABŞ-nin biznes jurnalı “Forbes” 2023-cü ilin milyarderlərinin siyahısını dərc edib və ilin ən varlı adamlarını sıralayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, siyahıda dünyada 77 ölkədən 2640 milyarder var. Ötən il isə milyarderlər 75 ölkədən çıxmışdı. Bu il Ermənistan və Panama bu siyahıya əlavə olunub.

211 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı LVMH qrupunun rəhbəri fransız iş adamı Bernard Arno (74) olub. Beləliklə, dünyanın ən varlı adamı ilk dəfə fransız olub.

Onun ardınca sərvəti 39 milyard dollar azalan 180 milyard dollarla ötən ilin çempionu İlon Mask (51) gəlir.

114 milyard dollar sərvəti ilə 59 yaşlı Ceff Bezos bir ildə 57 milyard dollar zərərlə üçüncü yerdədir.

Dördüncü yerdəki Larri Ellison (78) 107 mlrd dollar, beşinci yerdə olan Vorren Baffet (92) isə 106 mlrd dollar sərvətə malikdir.

Ən zənginlərin ümumi sərvəti 2,1 trilyon dollardır.

Milyarderlərdən 735-i ABŞ-dəndir. Onu 562 milyarderlə Çin, 169 milyarderlə Hindistan, 126 milyarderlə Almaniya izləyir.

Bu il 254 nəfər milyarder titulunu itirib. Ən çox itkini 52 nəfərlə texnologiya milyarderləri verib. Maliyyə və investisiya sektorundan 44 nəfər, istehsal sektorundan 35 nəfər isə siyahıdan çıxarılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678