Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ayda naviqasiya sistemi yaradılacaq

51 Baxış

“Ayda Yerdəkinə bənzər naviqasiya sistemi yaradılacaq”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Yer Məkan Kəşfiyyat Agentliyinin direktoru Frank Uitvort deyib.

O bildirib ki, gələcək ziyarətçilər Ayın səthində Yerdəki GPS qədər dəqiq məkan tapa biləcəklər: “Həmin sistem Ay səthindəki insanları istiqamətləndirəcək”.

Uitvort hazırda bu sistem üzərində çalışdıqlarını söyləyib.

Agentliyin direktoru bənzər naviqasiya sistemlərinin inkişaf etdirilməsi üçün işlərin aparılacağını da bildirib.

Sistem GPS kimi naviqasiya imkanlarını dəstəkləyən və dəqiq enlik, uzunluq və zaman məlumatlarını təmin edən funksiyanı yerinə yetirəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678