Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

13-cü mərtəbədən yıxılan uşağı aşağı mərtəbədəki qonşu havada tutdu – VİDEO

159 Baxış

Evdə tək qalan iki yaşlı uşaq 13-cü mərtəbədən yıxılsa da, qonşusunun sayəsində zərər çəkmir.

“Global Times”ın məlumatına görə, hadisə Çində baş verib.

Məlumata görə, uşaq yatdığı müddətdə ata çölə çıxmaq qərarına gəlib. Ancaq tezliklə bu addımından peşman olub. Yuxudan duran uşaq eyvana çıxıb və oradan yıxılıb.

Aşağı mərtəbədə yaşayan kişi isə uşağı görüb və ildırım sürəti ilə reaksiya verərək onu tutub, hər ehtimala qarşı kəməri ilə məhəccərə bağlayıb. Arvadı isə dərhal xilasedicilərə zəng vurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678