Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19 xəstələri itlər vasitəsilə müəyyənləşdiriləcək

167 Baxış

“Italpol” şirkəti koronavirus xəstələrinin xüsusi hazırlıq keçmiş itlər tərəfindən necə aşkarladığını nümayiş etdirib.

“İnterfaks”ın məlumatına görə, ilk sınaqlar Romanın “Fyumiçino” hava limanında təşkil olunub.

İtlər öz bacarıqlarını terminalların birində nümayiş etdiriblər. Onlar güclü iybilmə qabiliyyətləri sayəsində COVID-19 xəstələrini düzgün müəyyənləşdirməyi bacarıblar.

“Italpol” şirkətindən bildirilib ki, itlərin bu bacarığa yiyələnməsi üçün 6-8 həftə məşq etmək laızmdır. Məşqlər xüsusi oyunlar şəklində təşkil olunmalıdır.

Qeyd edək ki, koronavirus xəstələrinin müəyyən olunmasında itlərdən istifadə edilməsi heç də yenilik deyil.

Belə ki, bir müddət əvvəl Fransa, Finlandiya, Rusiya kinoloqları da analoji metodlardan istifadə imkanlarını araşdırmağa başlayıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678