Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sosial şəbəkədə memə çevrilən foto amerikalı senatora 1,8 milyon dollar qazandırdı – FOTO

155 Baxış

ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimində çəkilən şəkli senator Berni Sandersə 1,8 milyon dollar (3 060 000 manat) gəlir gətirib.

Bu barədə BBC xəbər yayıb.

İri yun əlcəkdə digər qonaqlardan ayrı oturan Sandersin görüntüsü inauqurasiyadan dərhal sonra sosial şəbəkələrdə sürətlə yayılaraq memə çevrilmişdi

Berni Sanders növbəti dəfə də interneti fəth edib, lakin bu dəfə şəkillər sürətlə pul qazandırmağa başlayıb.

27 dollar (46 manat) dəyərində maykalar və 45 dollar (təqribən 76 manat) dəyərində svitşotlar Sandersin rəsmi saytında satışa çıxarılıb  və bir saatdan da az müdətdə tamamilə satılıb. Mağazalara sifariş isə hələ də mümkün olmayıb.

Sandersin əlcəklərini toxuyan vermontlu müəllim Cen Ellis də bu fürsətdən yararlanıb. O, bir neçə cüt əlcək toxuyaraq auksiona çıxarıb. Ellis əldə olunacaq gəlirin bir qismini qızının təhsilinə, qalanını isə xeyriyyə cəmiyyətlərinə bağışlamağı düşünür.

Senator da əldə olunan 1,8 milyon dolları imkansız ailələrə yemək çatdıran “Meals on Wheels” xeyriyyə cəmiyyətinə verəcək. 

Bundan başqa, “Meals on Wheels” senator Sandersin toxnmuş kuklasından 20 min dollar alacaq. Kuklanı 46 yaşlı texaslı Tobi Perales Kinq toxuyub, “eBay”da həmin kukla 20 min dollara satılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678