Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ağ əsarətdə” qalan yeniyetmə ölümdən son anda xilas edildi – VİDEO

148 Baxış

Qarın altından tunel qazan yeniyetmə ölümdən son anda xilas edilib.

Hadisə Kamçatkada baş verib.

“Baza” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Bildirilir ki, qazdığı tunelin altından keçərkən qar uçub və uşaq onun altında qalıb.

Xoşbəxtlikdən yaxınlıqda hadisəni görənlər olub. Onlar dərhal köməyə yetişiblər və oğlanı “ağ əsarətdən” xilas ediblər.

Yeniyetmənin qar yığınının altından özbaşına çıxa bilmək ehtimalının qeyri-mümkün olduğu vurğulanıb.

O, xəstəxanaya yerləşdirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678