Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da DTK-nın casus alətləri hərracı keçiriləcək

156 Baxış

Fevralın 13-də Beverli Hillzdə soyuq müharibə dövründə Dövlət Təhlükəsizlik Komitəsi casuslarının istifadə etdiyi alətlərin ən böyük kolleksiyası hərraca çıxarılacaq.

“Kommersant” nəşrinin məlumatına görə, tədbir “Julien`s Auctions” və Nyu-Yorkdakı DTX Casusluq Muzeyi tərəfindən təşkil olunacaq.

Hərraca 400-dən çox casusluq vasitəsinin çıxarılacağı bildirilir. Onların arasında gizli operativ kameralar, Morze əlifbası maşınları, gizli səsyazma vasitələri, dodaq boyası formasında tapanca, iynəli çətir, dinləmə cihazları, müxtəlif sənədlər var.

Hərracda Kubaya həsr olunan xüsusi bölmə də olacaq. Burada Çe Gevaranın məktəb tabeli, Fidel Kastronun 1958-ci ildə imzaladığı və Havanaya daxilolma planlarının müzakirə edildiyi məktub kimi maraqlı eksponatlar təqdim olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678