Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aborigen deputat qalstuk taxmadığı üçün Parlamentdən qovuldu – FOTO/VİDEO

154 Baxış

Yeni Zelandiyada aborigenlərin deputatı Raviri Vaytiti qalstuk taxmadığına görə parlamentdən qovulub.

Bu barədə “New Zealand Herald” xəbər yayıb.

Bildirilib ki, Maori yerli xalqını təmsil edən millət vəkili iclasa gələrkən qalstuk əvəzinə ənənəvi “hey-tiki” bəzəyini taxıb.

Vaytiti iclasda spiker Trevor Mallardan bir məsələ barədə soruşub, ancaq qarşı tərəf cavab verib ki, yalnız qalstuklu millət vəkillərinin sual vermək hüququ var.

Parlamentarinin bir neçə dəfə danışmaq cəhdlərindən və spikerlə sərt mübahisədən sonra Vaytiti iclas otağından qovulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678