Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saxta krem dərisinin rəngini yaşıla çevirdi – FOTO/VİDEO

138 Baxış

Qaralmaq istəyən ingiltərəli qadın yaşıllaşaraq dostlarının gülüş hədəfinə çevrilib.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, 18 yaşlı Lilli Viqus süni şəkildə qaralmaq üçün krem alıb. O, kremi bütün bədəninə çəkdikdən sonra silmədən yatıb. Səhər isə tünd yaşıl dəri rəngi ilə oyanıb.

“Dostlarım məni Fiona (“Şrek” cizgi filminin qəhrəmanlarından biri) çağırırdılar. Çünki mənim də saçlarım onun saçları kimi kürən idi və ona oxşayırdım. Hamı şoka düşmüşdü və mənə gülürdü”, – deyə Viqus baş verənləri xatırlayarkən bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678