Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya səmasında meteorit göründü – VİDEO

144 Baxış

Rusiyanın Neftekamsk şəhərinin səmasında meteorit görünüb.

Vesti.ru portalı xəbər verir ki, ən azından aşağıda təqdim edilən videonun müəllifi buna əmindir.

Görüntülər avtomobildə quraşdırılan videoregistratorun kamerası vasitəsilə çəkilib və sosial şəbəkələrdə yayımlanıb.

Kadrlarda işıq saçan kiçik bir obyektin sürətli enişini görmək mümkündür.

Sosial mediada bunun nə ola biləcəyi ilə bağlı mübahisə yaranıb. Bəziləri videonun müəllifi ilə həmfikir olduqlarını və hətta özləri uçan bir meteorit gördüklərini yazıblar. 

Bəziləri isə bunun yalnız şüşədəki bir parıltı olduğunu qeyd ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678