Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İzmir sakini borca görə böyrəyini satışa çıxardı – FOTO

145 Baxış

İzmirin Buca ilçəsindəki Həsənağa parkında ağaclara, dirəklərə və yaxınlıqdakı dayanacağa böyrək satışı ilə bağlı elan yapışdırılıb.

“Haber Global”ın məlumatına görə, yerli sakinlər əvvəlcə üzərində “Təcili satılıq böyrək var, borcdan dolayı” yazılan elan vərəqlərinin bir zarafat olduğunu düşünüblər.

Sonra onlardan biri elandakı telefon nömrəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, adını açıqlamayan şəxs işsizlik səbəbindən banka olan borcunu ödəyə bilmədiyi üçün belə bir addım atıb.

O, internetdə böyrək satışı elanlarını görüb və müvafiq yazılı vərəqləri küçələrdə yapışdırmaq qərarına gəlib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678