Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Tesla” sahibini soyğunçudan xilas etdi, İlon Mask təəccübləndi – FOTO/VİDEO

136 Baxış

“Tesla” elektromobili öz sahibinin həyatını xilas edib.

“Fox News” xəbər verir ki, hadisə Floridada baş verib.

ABŞ HDQ zabiti Dreyper Yuns öz elektromobilində əyləşən zaman silahlı soyğunçu ona tərəf yaxınlaşıb və maşının qapısını açmağa cəhd edib. “Ağıllı” avto isə qapının dəstəyini içəri batıraraq, soyğunçunu çaş-baş salıb.

Qapının dəstəyini tapa bilməyən silhalı şəxs nə edəcəyini bilməyərək, bir anlıq silahını yerə salıb. Bundan istifadə edən sürücü qaza basaraq sürətlə ərazidən uzaqlaşıb.

Elektromobilin kamerası hadisəni lentə alıb. Görüntülər artıq polisə təhvil verilib.

“Twitter”də yayılan videoya “Tesla” şirkətinin sahibi İlon Mask da münasibət bildirib. Milyarder öz məhsulunun “hərəkətlərini” təəccüblə qarşılayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678