Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çoxsaylı pərəstişkarı olan yaponiyalı xanım 50 yaşında kişi imiş – FOTO

128 Baxış

Yaponiyadan olan məşhur bloqer “xanımın” 50 yaşlı kişi olduğu ortaya çıxıb.

Bu barədə “HiNet” xəbər yayıb.

Bildirilir ki, Soya adlı bloqer öz səhifəsinə istifadəçi toplamaq üçün belə bir addım atıb.

Onun bu hiyləsi öz işini görüb. Belə ki, “azusagakuyuki” hesabı az müddət ərzində 17 mindən artıq izləyici toplayıb.

Yalanı istifadəçilərdən biri müəyyən edib. Belə ki, fotoların birində güzgüyə kişinin əksi düşüb.

Məlum olub ki, 50 yaşlı Soya motosikl həvəskarıdır, ancaq cazibədar üz simasına malik deyil. Bu səbəbdən kişi “FaceApp” filtrindən istifadə etmək qərarına gəlib. Nəticə onun xoşuna gəlib. Bundan sonra o, hesab yaratmaq və xanım simasında işləri ilə bağlı fotolar paylaşmaq qərarına gəlib.

Soya bu yalanına görə utanmadığını deyib. O, yaşlı kişinin az insanın marağında olduğunu bildirib.

“İndi isə gördüyüm işləri vicdanla paylaşa və bundan qazana bilərəm”, – deyə o, vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678