Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir ildə 63 kq arıqlayan qadın həyata baxışının dəyişməsindən danışdı – FOTO

137 Baxış

Pandemiya dönəmində 63 kq arıqlayan avstraliyalı qadın yeni bədən quruluşunun həyata baxışını necə dəyişməsindən danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Melburndan olan Hasinta Hayden evdə qaldığı müddətdə öz çəkisini iki dəfə azaldıb. 28 yaşlı menecer öz hədəfinə 128 kq-dan başlayıb. Bir illik mütəmadi fiziki məşqlər və kalorisi az rasion onu özünün də dediyi kimi “ən gözəl və sağlam halına” gətirib.

Kök vaxtlarında Hayden halsızlıqdan və oynaqlarında dəhşətli ağrılardan əziyyət çəkirdi. Bu isə onun işinə mane olurdu. Çəkisi qadının psixoloji sağlamlığına da təsir edib.

“Özümə qapanmışdım, dostlarım və ailəmlə ünsiyyətdən qaçırdım”, – deyə o, həmin günlərini xatırlayarkən bildirib.

Gənc qadın hədəfinə doğru aşağı intensivli hərəkətlərdən – səhər və axşam gəzintilərindən başlayıb. Sonra evdə kardio məşqlərlə davam edib.

“Çəkim azaldıqca, daha çox məşq etmək istəyirdim”, – deyə gənc qadın bildirib.

O, həmçinin qida qəbulunda da dəyişiklik edib. Hayden etiraf edir ki, əvvəllər çoxlu ayaqüstü qəlyanaltılar, şirniyyatlar və qazlı içkilərdən ibarət olan rasionunu qatıq, yoqurt, tünd qəhvə, pendirli və tərəvəzli makaron, toyuq əti ilə əvəzləyib, ara vaxtlarda isə təzə meyvə, az miqdarda qoz-fındıq qəbul edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678