Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Misirdə “İtmiş şəhər” tapıldı – FOTO

149 Baxış

Misir arxeoloji missiyası tanınmış alim və eks Arxeologiya naziri Zahi Havassın başçılığı ilə Nil sahilində “Qızıl şəhər” aşkar edib.

“RİA Novosti” bu barədə ölkənin Turizm Nazirliyinə istinadən xəbər yayır.

Luxor yaxınlığında qum altında tapılan şəhər III Amenhotep dövründə (e.ə.1391-1353-cü illər) salınıb.

Şəhər dövrünün ən böyük inzibati və iqtisadi mərkəzi olub.

Havass qeyd edib ki, bir çox xarici arxeoloji missiya bu şəhəri axtarsa da, heç bir nəticə verməyib.

“İtmiş şəhərin tapılması Tutanhamunun məzarından sonra ikinci ən böyük arxeoloji kəşfdir”, – deyə Baltimordakı Cons Hopkins Universitetinin (ABŞ) misirşünas professoru Betsi Brayn bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678