Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı – VİDEO

149 Baxış

Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkən orada bir it cəsədi aşkarlayıb. Avtomobilindən düşüb irəli getdikdə isə zibil torbalarına doldurulan çox sayda ölü it leşi aşkarlayıb.

Hadisə yerinə dərhal hüquq mühafizəçilər cəlb olunub. Araşdırma zamanı 30-dan artıq itin pəncələrində intraket ilə damar yolu açıldığı müəyyən olunub.

Bu barədə “Haber Global” xəbər yayıb.

“Torbalara baxdıqda heyvanlar ayaqlarında bandajlar, damar yolları açıq vəziyyətdə idi. Kim və ya kimlər tərəfindən bura atıldığını bilmirik, ancaq bu heyvanlara zibil kimi davranılmasını və cəmiyyət tərəfindən təcrid olunmasını şiddətlə qınayırıq”, – deyə F.Açıq bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678