Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə qoyun iti quzunun süd anası oldu – FOTO

156 Baxış

Bursada bu yaxınlarda yeddi küçük dünyaya gətirmiş qoyun iti əsl analıq mərhəməti nümayiş etdirir. Belə ki, o, Kezban ləqəbli quzunu da öz balalarından ayırmır.

“Haber Global”ın məlumatına görə, qoyun iti quzunun süd anasına çevrilib.

Heyvanların sahibi Sezer Çubuk adlı fermer bildirir ki, quzunun əsl anasının südü az olduğundan, Kezbanı qoyun iti yedizdirir. Bu mənzərəni görənlər isə təəcüblərini gizlədə bilmirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678