Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur Hollivud aktyoru jurnalistə gülləri daşımaqda kömək etdi – FOTO

164 Baxış

“The Wall Street Journal” nəşrinin əməkdaşı, jurnalist Aleks Canin öz “Twitter” səhifəsində maraqlı paylaşım edib.

O, bildirib ki, təsadüfən tanınmış Hollivud ulduzu Vudi Harrelsonla rastlaşıb və aktyor ona daşınma işində yardım edib:

“Biz köç məqsədilə əşyalarımızı daşıyırdıq. Yanımızdan keçən Vudi Harrelson yaxınlıqdakı velosiped dayanacağının harada olduğunu soruşdu. Bir az söhbətləşdik. O, yardım etməyi təklif etsə də, qəbul etmədik. Lakin o, xeyirxah davranıb gülləri daşımağa başladı və onların suya ehtiyacı olduğunu qeyd etdi. Nyu-York, mən səni sevirəm!”, – deyə jurnalist bildirib. 

Woody Harrelson helped us move out of our apartment today. Love you, NYC. pic.twitter.com/fv7ZsYTGSM

— Alex Janin (@AlexLJanin) May 1, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678