Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya ilə mübarizədə böyük əməyi olan proffesorun obrazında “Barbie” kuklası hazırlanıb – FOTO/VİDEO

137 Baxış

ABŞ-ın “Mattel” oyuncaq şirkəti Oksford Universitetinin professoru Sara Gilbert obrazında “Barbie” kuklası hazırlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, professoru təsvir edən “Barbie” nümunə ola biləcək qadınları təcəssüm etdirən kuklalar xəttinin bir hissəsi olacaq.

Qeyd edək ki, “AstraZeneca” peyvəndi üzərində iş aparan Sara Gilbert koronavirus pandemiyası ilə mübarizədə əməyi olan altı qadından biridir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678